ONN İnformasiya Agentliyi

Krım tatarları zor gücünə müharibəyə aparılır

Krım tatarları zor gücünə müharibəyə aparılır
27 Mart 2022 - 16:55

Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmələri üçün Krımda məcburi səfərbərliyə başlayıb.

ONN media  xəbər verir ki, bunu Ukrayna Ali Radasının insan haqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova deyib.

Bildirilib ki, ənənəvi çağırış kampaniyası aprel ayından başlamalıdır, amma martın 29-da Simferopolda çağırış komissiyalarının sədrləri, rayonların hərbi komissarları və çağırış kampaniyasında iştirak edən digər vəzifəli şəxslərin toplanışı keçiriləcək.

“Krımlılar aktiv şəkildə çağırış vərəqələri alırlar. Ukraynanın materik hissəsinə gedən yol bağlı olduğundan cinayət çağırışlardan yayınmaq üçün hərbi mükəlləfiyyətli kişilər yarımadanın ərazisini Rusiya vasitəsilə tərk etməyə çalışırlar”, – Denisova bildirib.

Onun sözlərinə görə, Krım tatarları zor gücünə müharibəyə aparılır, getməyəcəkləri təqdirdə ailələri ilə şantaj olunurlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png