ONN İnformasiya Agentliyi

Küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi

Küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi
22 Mart 2020 - 23:18

Türkiyədə 65 yaş qadağasına əsasən cəzalanan ilk şəxslər almaniyalı cütlük olub.

ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinə Konyanın Beyşehir rayonunda karantina qaydalarına əməl etməyən şəxslərin olduğu barədə məlumat daxil olub.

Polis küçədə yaxaladığı cütlüyə 6,300 tl (təxminən 1,630 AZN) pul cəzası verib. Onlara yenə küçəyə çıxdıqları təqdirdə Cinayət Məcəlləsinin 195-ci maddəsinə uyğun olaraq həbs olunacaqları ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, bu gündən etibarən Türkiyədə 65 yaşdan yuxarı vətəndaşların, xroniki xəstələrin küçəyə çıxmasına qadağa qoyulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png