ONN İnformasiya Agentliyi

Kükürdlü sabun nədir? – Dəri və saçlar üçün 8 faydası

Kükürdlü sabun nədir? – Dəri və saçlar üçün 8 faydası
27 May 2023 - 17:39

Əgər siz bu yaxınlarda kükürdlü sabunla bağlı eşitmisiniz və ya təbii məhsulların satıldığı mağazalarda kükürdlü sabun görmüsünüzsə, amma onun nə iş gördüyünü və necə istifadə edildiyini dəqiq bilmirsinizsə, bu məlumatı mütləq oxuyun.

ONN media xəbər verir ki, kükürdlü sabunun faydaları nələrdir?

1.Sızanaqların müalicəsində istifadə olunur

2.Egzema və psoriasis kimi dəri problemlərinə müsbət təsir edir

3.Yağlı dəri və saçlar üçün faydalıdır

4.Dərini qara nöqtələrdən təmizləyir

5.Dərinin qızartısını azaldır

6.Dəridə ləkələri azaldır

7.Baş dərisi üçün faydalıdır

8.Pis qoxuların qarşısını alır

Kükürd sabunu nədir?

Kükürd sabunu təbiətdə təmiz formada olan qoxusuz və limon sarısı kükürd minerallarından və təbii bitki ekstraktlarından istifadə edilərək hazırlanan və buna görə də “təbii sabunlar” arasında öz yerini tutan sabun növüdür. Tərkibindəki kükürd mineralı qədim zamanlardan bəri qaşınma, yanıq, ekzema kimi dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Xüsusilə antibakterial xüsusiyyətlərə malikdir.

Bu gün həm sağlamlıq, həm də kosmetika sektorunda çox istifadə edilən materiallardan biri olan kükürdlü sabunlar dərini təmizləmək, yağ balansını təmin etmək və dəri qıcıqlanmalarını azaltmaqla daha sağlam dəri görünüşünü təmin etmək kimi təsirlərə malikdir. Təbii ki, istifadə etməyə qərar verməzdən əvvəl mütləq öz həkiminizlə, dermatoloqlarla məsləhətləşməlisiniz.

Dəri üçün kükürdlü sabunun istifadəsi:

Əvvəlcə dərinizi yaxşıca nəmləndirin.

Sonra sabunu dərinin səthinə çəkin, yumşaq bir şəkildə masaj edin və sonra yaxşıca yuyun.

Gündəlik tətbiq edə bilərsiniz, ancaq dəriniz həssasdırsa, həftədə bir neçə dəfə istifadə edin.

Kükürdlü sabun dəridəki artıq yağları təmizlədiyi üçün sabunu dərinizdə uzun müddət saxlamayın, 1-2 dəqiqə ərzində yuyun və yaxalayın. Quru dəriniz varsa, bu tətbiqdən istifadə etməyin.

Saç üçün kükürdlü sabunun istifadəsi:

Saçınızı yaxşıca isladın ki, heç bir hissəsi qurumasın.

Sonra kükürdlü sabunu baş dərinizə çəkin və köpüklənməsi üçün barmaqlarınızla yumşaq bir şəkildə masaj edin.

Saçınızı bu köpüklə yuduqdan sonra yuyun.

Bu tətbiqi həftədə bir neçə dəfə tətbiq edib yağlı saçlardan, qaşınma və kəpəkdən xilas ola bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png