ONN İnformasiya Agentliyi

Müəllimlərin iş yerinin dəyişdirməsi üzrə nəticələr açıqlandı

Müəllimlərin iş yerinin dəyişdirməsi üzrə nəticələr açıqlandı
04 May 2023 - 17:23

28 aprel – 2 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

ONN media xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.

Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq.

Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png