ONN İnformasiya Agentliyi

Nazir: “Təhsildən yayınma halları var”

Nazir: “Təhsildən yayınma halları var”
20 May 2023 - 17:49

Bütün dünyada olduğu kimi Azərbaycanda da təhsildən yayınma halları var.

ONN media Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir:

“Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizi sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə tədbirlər çox edəcəyik. Bu festival göstərdi ki, ölkənin bölgələrindəki təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. İnanıram ki, belə tipli tədbirlər ilk növbədə şagirdlərin özləri üçün çox faydalıdır. Şagirdlər belə tədbirlərdən sonra daha motivasiyalı olub, öyrənməyə, hazırlıqlı olmağa, daha yaxşı vətəndaş olmağa cəhd göstərəcəklər”//axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png