ONN İnformasiya Agentliyi

Qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul üçün qeydiyyat vaxtı açıqlandı

Qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul üçün qeydiyyat vaxtı açıqlandı
09 İyun 2023 - 11:13

Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 15 iyun saat 23:59-dək aparılacaq.

ONN media xəbər verir ki, DİM-dən verilən xəbərə görə, qabiliyyət imtahanları 70 saylı proqram üzrə 21 iyun, 68 saylı proqram üzrə 23 iyun, 69 saylı proqram üzrə isə 24 iyun tarixlərində keçiriləcək.

Diqqət! 70 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar 16-21 iyun tarixlərində DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 68 və 69 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar isə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni 19-23 iyun tarixlərində çap edə bilərlər.

Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri-məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan namizədlər müsabiqədə ixtisas seçimi üzrə aparılan test imtahanının nəticəsi ilə iştirak edirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür//metbuat.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png