ONN İnformasiya Agentliyi

Qaraciyər xəstəliklərinə qarşı təbii reseptlər bunlardır

Qaraciyər xəstəliklərinə qarşı təbii reseptlər bunlardır
31 Mart 2023 - 17:39

ONN media xəbər verir ki, qaraciyər xəstəliyinə (serroz) tutulmuş xəstələri təbii qidalar və otlarla müalicə etmək mümkündür.

Zəfəranla qaraciyər xəstəliklərindən sağaltmaq olar.

İstifadə qaydası:

1 qram qurudulmuş zəfəranı yarım litr qaynadılmış suda 30 dəqiqə müddətində dəmləyərək, gündə 3 dəfə 100-150 ml içmək olar. Müalicəni 2-2,5 ay qədər davam etdirmək lazımdır.

Qaraciyər xəstəliyinə qarşı acıqovuq otundan hazırlanmış dərman yaxşı təsir göstərir.

İstifadə qaydası:

Çiçək açan dövrda bitkinin yerüstü hissəsini toplayır, açıq havada qurudur, sonra xırdalayırlar. Ondan 1 xörək qaşığı götürüb 1 stakan suda dəmləmək lazımdır. Səhər və axşam yeməkdən əvvəl çay kimi içmək tövsiyə olunur.

Qaraciyər iltihabında kasnı çayı münasib hesab edilendərmanlardandır.

İstifadə qaydası:

Kasnı bitkisi çiçək açan dövrdə onun yerüstü hissələrini və kökünü toplayır, günəşli havada qurudur, doğrayıb həvəngda qarışdıraraq toz halına salırlar. Bu tozdan 40 gram götürüb 1 litr suda dəmləyirlər.

Dozası:

Gündə 3 dəfə yarım stəkan içməli. Bu çay həm də sidikqovucu təsirə malikdir.

Qaraciyər xəstəliyi zamanı püstə yemək yaxşı təsir edir.

Portağal yemək qaraciyər xəstəliyinin müalicəsini asanlaşdırır.

Yemiş və xiyar tumu yemək qaraciyər üçün xeyirlidir.

Xırdalanmış zəyərək toxumlarının dəmləməsi qaraciyər ağrılarında sakitləşdirici dərman kimi istifadə edilə bilər.

Qaraciyər xəstəliklərində qara qarağatın budaqlarını çay kimi dəmləyib içmək olar.

Çiyələk yemək qaraciyər xəstəliklərinə qarşı müsbət təsir göstərir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png