ONN İnformasiya Agentliyi

Rusiya-Gürcüstan arasında yeni yol tikilir

Rusiya-Gürcüstan arasında yeni yol tikilir
18 Fevral 2021 - 18:50

Gürcüstan-Rusiya arasında yeni yolun inşasına başlanılır.

ONN media  xəbər verir ki, bu barədə Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, maneəsiz nəqliyyat əlaqələrini təmin etmək üçün Kveşeti-Kobi ərazisində magistral yol və tunel inşa ediləcək: “9 kilometrlik Kveşeti-Kobi tunelinin diametri 15 metr olan qazma avadanlığı artıq Gürcüstandadır və həm yolun, həm də tunelin inşasına yazda başlanacaq”.

Layihə çərçivəsində 22,7 kilometrlik yol, həmçinin 1-i xaçşəkilli olmaqla, 6 keçid, 9 kilometrlik tunelin inşası nəzərdə tutulur. Bu, bölgədə ən uzun tunellərdən biri və Avropanın ən mürəkkəb mühəndislik tikililərindən olacaq.

Qeyd edək ki, yük maşınları kəskin hava şəraiti ilə əlaqədar həftələrlə Yuxarı Lars sərhəd-buraxılış məntəqəsində qalır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png