ONN İnformasiya Agentliyi

Rusiyada miqrantlarla bağlı gözlənilməz qərar

Rusiyada miqrantlarla bağlı gözlənilməz qərar
11 Fevral 2022 - 19:56

Rusiyanın Kaluqa vilayətində miqrantların xidmət sahələrində, o cümlədən taksi sürücüsü, kuryer kimi və kafelərdə işləməsinə qadağa qoyulub.

Vilayətin qubernatoru Vladislav Şapşa jurnalistlərə regionda miqrantların sayını azaltmaq planlarından danışıb. Onun sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsinə yerli əhalinin çoxsaylı şikayətlərindən sonra qərar verilib. Qubernator deyib ki, iş icazəsi olan miqrantların icazələrinin müddəti uzadılmayacaq.

V.Şapşa fevralın 11-də Kaluqadakı çoxfunksiyalı miqrasiya mərkəzində olarkən rus dilini bilməsi barədə sertifikatı olmasına baxmayaraq, bu dildə ümumiyyətlə danışa bilməyən miqrantla rastlaşıb. Bundan sonra o bildirib ki, saxta sertifikatlar təqdim edən miqrantların sənədləri polisə göndəriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Təhlükəsizlik Şurasının miqrasiya siyasəti üzrə Müəssisələrarası komissiyasının yaradılması barədə Fərman imzalayıb. Komissiyaya Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev rəhbərlik edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png