ONN İnformasiya Agentliyi

Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?

Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
08 İyun 2023 - 9:12

Bəzən vaxt azlığı və ya iştahasızlığı əsas gətirərək səhər yeməyindən imtina edənlər olur. Əslində isə gün boyu enerjili, gümrah və sağlam olmaq üçün səhər yeməyindən heç bir halda imtina etmək düzgün deyil.

ONN media xəbər verir ki, həkim-qastroenteroloq Rəqsanə Cəlilova bununla əlaqədar olaraq deyib: “Mədədə qastrit, xora və s. kimi ciddi problemlər olanda səhər yeməyi yeyilmədikdə mədə turşuluğunun artması baş verir. Səhər yeməyinin yeyilməməsi immun sisteminin zəifləməsinə və orqanizmdə digər ağır fəsadlara səbəb olur.

Səhər yeməyi qəbul edilməyəndə günün ikinci yarısında aclıq hissiyyatının yaranması nəticəsində axşama doğru qəbul edilən yemək kalori, şəkərli diabet, qanda yağlanmanın artması, ürək xəstəliyi kimi problemlərin əmələ gəlməsinə aparıb çıxarır”.

Çəki itirmək məqsədilə səhər yemək yeməyənlər yanlış yoldadırlar. Həkimlər deyirlər ki, belə etmək arıqlamağa yox, çəki artımına səbəb olur.Həkim-diyetoloq İlqar Şamilov bununla əlaqədar deyib:

“Səhər yeməyi qəbul etmədən də çəki atmaq mümkündür. Nahar yeməyində və naharla axşam arasında, yaxud axşam yeməyində zülal və karbohidrat, keyfiyyətli yağlardan ibarət qida qəbul edilməsi kifayət edəcək.

Səhər yeməyindən imtina edib qəhvə və ya çay içmək olar. Mədə-bağırsaq sistemində ciddi problemlər yoxdursa, qəhvənin tərkibindəki kofein mədə-bağırsaq sisteminə toxunmursa, qəhvənin yanında eyni miqdarda sudan istifadə edilməsi normaldır”.

O, səhər qəbul edilməli qidalar barədə danışarkən deyib:

“Səhər yeməyində mütləq keyfiyyətli zülallı qidalar – yumurta, süd və süd məhsulları, o cümlədən kəsmik və pendir ön sırada dayanmalıdır. Zeytun, olmadıqda digər məhsullar – badam, qoz, fındıq və s. qəbul edilməlidir. Səhər yeməyindən imtina ediləndə qidalanmanın böyük hissəsi nahar yeməyinin üzərinə düşməlidir. Naharda isə ət və ət məhsulları, karbohidratlı məhsullar – düyü və qarabaşaq qəbul edilməlidir, lakin həmin qidaların yanında mütləq qarnir formada tərəvəz və ya onlardan hazırlanmış salatlar olmalıdır”.

Süd və dənli bitkilərdən hazırlanan səhər yeməyi orqanizmdə insulin səviyyəsinin tənzimlənməsinə kömək edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png