ONN İnformasiya Agentliyi

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
29 May 2023 - 13:17

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

ONN media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava gözlənilir.

Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 26-31, bəzi yerlərdə 33 isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50% olacaq.

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq.

Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 13-18, bəzi yerlərdə 20-25 dərəcə isti olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png