ONN İnformasiya Agentliyi

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
30 May 2023 - 14:12

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

ONN media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq.Nisbi rütubət 55-65 % olacaq

.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 20-25° isti olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png