ONN İnformasiya Agentliyi

Silahlı şəxslər yüzlərlə şagirdi girov götürdü

Silahlı şəxslər yüzlərlə şagirdi girov götürdü
18 Fevral 2021 - 9:58

Nigeriyada silahlı şəxslər Kaqara əyalətindəki Elm Kollecinə girərək yüzlərlə şagird və müəllimi girov götürüb.

Hərbi forma geyinmiş çox sayda silahlı kişi girovlarını meşəyə aparıb.

Qaçırılan işçilərdən biri və bir neçə tələbə cinayətkarlardan xilas olmağı bacarıb.

Qeyd edək ki, 2 ay əvvəl qonşu Katsina əyalətinin Kankar şəhərində də 300-dən çox tələbə qaçırılmışdı.

Şagirdlər daha sonra dövlət rəsmiləri ilə danışıqlardan sonra sərbəst buraxılsa da, hadisə dünya miqyasında qəzəb doğurub.

Xatırladaq ki, Nigeriyada silahlı dəstələr tez-tez pul tələb etmək üçün girovlar götürür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png