ONN İnformasiya Agentliyi

Son beş ildə AQTA nə qədər yoxlama keçirib?

Son beş ildə AQTA nə qədər yoxlama keçirib?
07 İyun 2023 - 18:40

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı dövrdən indiyədək (son 5 ildə) 9 027 yoxlama həyata keçirib.

ONN media bildirir ki, bu barədə qurumun 5 illik yubileyi ilə bağlı keçirilən tədbirdə məlumat verilib.

Qeyd olunub ki, nəzarət tədbirləri nəticəsində təkrar yoxlama aparılan 600-dən çox müəssisə sağlamlaşdırılıb. Uyğunsuz nəticələr aşkarlanan yoxlamaların payı 89 faizdən 69 faizə qədər azalıb.

Həmçinin, diqqətə çatdırılıb ki, Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə ixrac edilən fındıq məhsullarında aflatoksin aşkarlanması ilə bağlı daxil olan bildirişlərin illik sayı 2 dəfədən çox azalıb.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən Azərbaycandan pomidor və alma məhsulunun ixraci ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət və atların manqo xəstəliyi ilə əlaqədar respublikamızdan Qazaxıstana at ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb//metbuat.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png