Terror təşkilatından DƏHŞƏTLİ QƏTLİAM – 44 nəfəri öldürdülər

Nigeriyanın  şimal-şərqində “Boko Haram” terror təşkilatının fermerlərə etdiyi hücum nəticəsində 44 nəfər həyatını itirib.

ONN media  xəbər verir ki, bu barədə Borno Fermerlər Cəmiyyətinin keçmiş sədri Həsən Zabarmari açıqlama verib.

O, hücumda çox sayda insanın yaralandığını qeyd edib.

“Boko Haram”ın Nigeriyada 2009-cu ildən bəri həyata keçirdiyi hücumlarda 20 mindən çox insan öldürülüb.