ONN İnformasiya Agentliyi

Ukrayna hökumətindən gözlənilməz QƏRAR – 1 ay…

Ukrayna hökumətindən gözlənilməz QƏRAR – 1 ay…
26 Avqust 2020 - 21:20

Ukrayna koronavirus pandemiyası ilə əaqədar avqustun 29-dan sentyabrın 28-dək bir ay müddətinə əcnəbi vətəndaşların ölkəyə girişini qadağan edib.

ONN media xəbər verir ki, Baş nazir Denis Şmıqal hökumətin qərarını elan edib. O, qadağaların tətbiq edilməsini belə əsaslandırıb: “Xəstəliyin səviyyəsini nəzərə alaraq, həmvətənlərimizi qorumalı və əcnəbi tərəfdaşlarımıza qarşı məsuliyyətli olmalıyıq. Hökumət bu gün əcnəbi vətəndaşların girişi üçün sərhədlərin sentyabr ayının sonuna qədər bağlanması məsələsinə baxacaq”.

Şmıqalın sözlərinə görə, ölkəyə giriş qadağası yalnız əcnəbi vətəndaşların müəyyən kateqoriyasına – Ukraynada yaşayış icazəsi olanlar, beynəlxalq və humanitar missiyaların üzvləri, beynəlxalq heyətlər və digər şəxslərə aid olmayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png