“Wolt” şirkəti satılır

Finladiya mərkəzli qida çatdırılma şirkəti “Wolt Enterprises” satılır.

ONN media xəbər verir ki, ABŞ-ın qida tədarükü şirkəti “DoorDash Inc” (DASH.N) Avropa bazarında genişlənmək üçün sözügedən şirkəti almaq niyətindədir.

Belə ki, “Wolt”un təqribən 7 milyard avro (8,09 milyard dollar) dəyərində səhm sövdələşməsi ilə alınacağı söylənilir. Bu da “DoorDash” şirkətinə Almaniya, Serbiya, Xorvatiya, Danimarka və İsveç də daxil olmaqla 22 əlavə bazara daxil olmağa kömək edəcək.