ONN İnformasiya Agentliyi

Yaxın 3 gündə hava necə olacaq?

Yaxın 3 gündə hava necə olacaq?
18 May 2023 - 12:31

Yaxın günlərdə – mayın 19-u və 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

ONN media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, may ayının 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimal-şərq küləyi əsəcəyi ehtimal olunur:

“Bölgələrdə isə yaxın üç gündə – mayın 19-u, 20-si və 21-də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png