ONN İnformasiya Agentliyi

213 kq narkotik məhv edildi

213 kq narkotik məhv edildi
27 İyun 2018 - 20:10

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

ONN media xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfər rayon sakininə məxsus torpaq sahəsində ümumi çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub.

Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png