ONN İnformasiya Agentliyi

6 evdən sayğac oğurlayan şəxs “isti izlər”lə saxlanıldı

6 evdən sayğac oğurlayan şəxs “isti izlər”lə saxlanıldı
06 İyun 2018 - 12:58

Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

DİN -dən ONN media -ya verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində ümumilikdə 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png