ONN İnformasiya Agentliyi

Avropa çempionatından idmançılarımız vətənə mükafatla qayıtdılar

Avropa çempionatından idmançılarımız vətənə mükafatla qayıtdılar
06 İyun 2018 - 15:26

İyunun 1-dən 3-dək Polşanın Qlivitse şəhərində ciu-citsu üzrə Avropa çempionatı keçirilib.

DİN -dən ONN media -ya verilən məlumata görə, Qitənin 22 ölkəsindən 600-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində DİN İdman Cəmiyyətinin təmsilçiləri də inamla güləşərək yarışın fovoritləri sırasında olublar.

DİN İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı Elşən İbişov yarışın əvvəlindən uğurlu start götürərək çəkisi 85 kiloqramadək olan idmançıların mübarizəsində ard-arda Rumıniya, Fransa və Almaniya idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Baş mükafatın taleyi uğrunda Polşa idmançısı ilə keçirilən həlledici qarşılaşmada təmsilçimiz gümüş medala sahib olub.

Qeyd edək ki, polis baş leytenantı, idman ustası Elşən İbişov idmanın cui-citsu növü ilə yanaşı cüdo və sambo ilə də məşğul olur. Sambo üzrə Avropa çempionatının bürünc medalçısı E.İbişov əlbəyaxa döyüş üzrə dünya çempionatında da həmin nəticəni göstərib, cüdo üzrə Dünya Oyunlarında 2 dəfə gümüş medalın sahibi olub. Cüdo üzrə Polislər Dünya çempionatında isə qızıl medal qazanıb.

İdman Cəmiyyətinin daha bir yetirməsi Vüqar Cəfərov çəkisi 69 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Avropa çempionatından idmançılarımız vətənə mükafatla qayıtdılar
Avropa çempionatından idmançılarımız vətənə mükafatla qayıtdılar
Avropa çempionatından idmançılarımız vətənə mükafatla qayıtdılar
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png