ONN İnformasiya Agentliyi

Axırəz-zamanda eşidiləcək 3 nida

Axırəz-zamanda eşidiləcək 3 nida
02 Mart 2021 - 1:47

Bu gün Əhli-Beyt (ə) davamçılarını ən çox düşündürən mövzulardan ən əsası – məhdəviyyat mövzusudur. Ona görə də İmam Zaman ağanın (ə.f) zühuru ilə bağlı olan hədislər bizləri daha çox maraqlandırır.

Həsən ibni Məhbub İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Çarəsiz çaxnaşma olacaqdır ki, zirək və bizim davamçılarımız olan ehtiyatlı insanlar həmin çaxnaşmaya çəkiləcəklər. Bu, o zamandır ki, Əhli-Beyt (ə) davamçıları mənim övladlarımdan üçüncüsünü (İmamı) əldən verəcəklər.

Yer və göy əhli onun üçün ağlayar. Nə qədər çoxdur o möminlər ki, saf və zülal suyun (Qaimin (ə.f)) olmasına baxmayaraq susuz, qəmgindirlər.

Sanki onları görürəm ki, onları çağırırlar. O səs uzaqdan eşidilir, necə ki, yaxından da eşidilir. O səs – iman əhli üçün rəhmət və kafirlər üçün əzabdır”.

Həsən soruşur: “O səs nədir?”.

İmam Rza (ə) buyurur: “Rəcəb ayında səmadan üç səs eşidiləcəkdir.

Birinci səs budur: “Agah olun, Allahın lənəti zalımlara olsun”.

İkinci səs budur: “Yaxınlaşan yaxın oldu”.

Üçüncü səsdə günəş tərəfindən bir şəxsi aşkar görmək olacaqdır ki, deyəcək: “Bu, Əmirəl-möminindir (ə) zalımları öldürmək üçün hücum edir””.(milli.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png