ONN İnformasiya Agentliyi

Azərbaycan niyə bu gün bayram etmir? – Hacı Şahin

Azərbaycan niyə bu gün bayram etmir? – Hacı Şahin
04 İyun 2019 - 12:07

Ötən gecə Azərbaycan ərazisində Ayın görünməsi mümkünsüzdür.

ONN media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli sosial şəbəkələrdə ötən gecə Ayın göründüyü və bu səbəbdən bu gün Ramazan bayramı olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib. O, müsəlmanların bu gün də oruc tutmağa davam etməli olduğunu söyləyib:

“Azərbaycanda bu məsələlərlə Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Rəsədxanası məşğul olur. Qafqaz Müsəlmanları İdarəsi elmi müşahidələrə əsaslanır, eyni zamanda, dini qaydalarla elmi qanunların uzlaşdırılması nəticəsində bu məsələyə münasibət bildirilir. Həmin məsələ ilə məşğul olan komissiyanın üzvlərindən biri də mənəm. Azərbaycan ərazisində Ayın görünməsi ilə bağlı müşahidələr aparılır. Dünən axşam ölkə ərazisində Ayın görünməsi mümkünsüzdür. Azərbaycan ərazisində Ayın bu gün axşam görülməsi ehtimalı çox yüksəkdir. Bütün elmi proqnozlar da bunu təsdiq edir”.

İlahiyyatçı həmçinin yerləşdiyi coğrafi mövqedən asılı olaraq başqa müsəlman ölkələrində Ayın görünməsinin fərqli zamanlara təsadüf edə biləcəyini, buna görə də 10 islam ölkəsində bu gunun bayram kimi qeyd edilməsinin dinə uyğun olduğunu da qeyd edib.

Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn və Əlcəzairdə bu gün Ramazan bayramı qeyd olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png