ONN İnformasiya Agentliyi

Azərbaycan, Rusiya və Ermənistan dini liderləri Moskvada görüşəcək

Azərbaycan, Rusiya və Ermənistan dini liderləri Moskvada görüşəcək
11 Oktyabr 2021 - 12:44

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən  verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png