ONN İnformasiya Agentliyi

Azərbaycanın qurtuluş yolu

Azərbaycanın qurtuluş yolu
11 İyun 2018 - 18:59

İyunun 12-də Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

DİN -dən ONN media -ya verilən məlumata görə, iclası giriş sözü ilə açan alay komandiri, polis general-mayoru Zaur Abdullayev 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən danışaraq bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə anarxiya, xaos hökm sürürdü. Belə ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin Bakıya dəvət olunduğu, bundan sonra ölkədə ictimai-siyasi sabitlik yarandığı, ulu öndərin müdrik siyasəti nəticəsində sosial-iqtisadi və siyasi inkişafa nail olunduğu, dövlətçiliyimizə yönəlmiş qəsdlərin qarşısının hər dəfə qətiyyətlə alındığı diqqətə çatdırılıb.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov bildirib ki, 1991-1993-cü illərdə baş verən siyasi təbəddülatlar, iqtisadi böhran, siyasi hərc-mərcliyin doğurduğu anarxiya və cəbhədəki uğursuzluqlar Azərbaycana qətiyyətli, siyasi təcrübəli bir liderin rəhbərlik etməsini qaçılmaz zərurətə çevirmişdi. Xaotik proseslər və bunun fonunda hakimiyyətin son dərəcə qətiyyətsizliyi təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər Azərbaycanı parçalanmaqdan qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini hələ çox-çox illər əvvəl qazanmış Heydər Əliyev idi.ümummilli liderin rəhbərliyi ilə hələ 1969-1982-ci illərdə ictimai həyatın ən müxtəlif sahələrindəki köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində şanlı səhifələr yazıb.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, bu istəyini reallaşdıra, dövrün doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişdir. Nəticədə iqtisadi tənəzzül dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlər yaranmışdır. Xüsusən də 1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına – siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib-çıxarmışdı.

1993-cü ilin iyununda xalqın tələbi ilə ulu öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə, hüquqi, siyasi və iqtisadi islahatlara başlanılmış, ictimai-siyasi sabitlik bərqərar olmuşdur. Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını – Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi

fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırıldı. Qısa vaxtda yüksək döyüş qabiliyyətli, vahid komandanlıqdan idarə olunan ordu yaradılmış, Silahlı Qüvvələrimizin ilk həmləsində Horadiz qəsəbəsi və ətraf yaşayış məntəqələri işğaldan azad edilmişdir.

Ümumiyyətlə, ümummilli liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət-iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni – Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Xüsusilə vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Azərbaycanın qurtuluş yolu
Azərbaycanın qurtuluş yolu
Azərbaycanın qurtuluş yolu
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png