ONN İnformasiya Agentliyi

Bu şəxslərə oruc tutmaq OLMAZ! – Mütləq oxuyun

Bu şəxslərə oruc tutmaq OLMAZ! – Mütləq oxuyun
25 Aprel 2019 - 14:16

11 ayın sultanı” adlandırılan Ramazan ayının başlamasına artıq sayılı günlər qalır. 

Müsəlmanların əksəriyyəti Ramazan ayında oruc tutmaq istəsələr də, bəziləri müxtəlif səbəblərdən bunu edə bilmirlər. 

Maraqlıdır ki, Ramazan ayında hansı şəxslər oruc tuta bilər?

İlahiyyatçı Samir Əzizov açıqlamasında bildirib ki, ciddi səbəbləri olmayan hər kəs oruc tutmalıdır:

“Ramazan ayında tutulan oruc mütləq və vacib sayılır. İslamın beş şərtindən biri olan orucun insana heç bir zərəri yoxdur. Həddi-büluğa çatmış, inanclı və sağlamlığı yerində olan hər bir insanın oruc tutması mütləqdir”.

İlahiyyatçı onu da qeyd edib ki, yaş məhdudiyyəti baxımından isə xüsusi yaş həddi var:

“Qəməri təqviminə əsasən, oğlan uşaqlarının 15, qız uşaqlarının isə 9 yaşdan etibarən oruc tutması vacibdir”.

Qeyd edək ki,  bu il Ramazan ayı may ayının 6-sı başlayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png