ONN media

Bütün İmamların (ə) ən üstün sifəti

Bütün İmamların (ə) ən üstün sifəti
02 Oktyabr 2019 - 2:15

Bütün İmamların (ə) ən üstün sifəti – mehriban olmaqları idi. İmam (ə) və peyğəmbərlərin (ə) ən böyük vəzifəsi – cəmiyyəti idarəetmə işlərini həyata keçirməkdir. İmam Rzanın (ə) nəzərinə görə, əmir elə bir insan olmalıdır ki, hamı, xüsusilə də aşağı təbəqələrin ona sözün həqiqi mənasında əli çatsın. Ona istəklərini deyə bilsinlər. İnsanlarla əmir arasında sıx rabitə olmalıdır.

İmam Rzanın (ə) nəzərinə görə, dövlət, mehriban ata kimi olmalıdır. Əziz İmam (ə) bu sözləri deyərkən, onu nəzərdə tutur ki, əmir – mehriban və insanları sevən bir insan olmalıdır. İnsanlar onun mehribanlığını hiss etməlidirlər.

Ona görə də Məsum İmamlar (ə) xalq içinə tez-tez çıxar və onlarla söhbət edər, bir yerdə yemək yeyərdilər. İmam Rza (ə) xidmətçilərinə buyururdu ki, süfrə başında tox olana qədər yemək yeməmiş qalxmayın, hətta mən sizi çağırsam belə.

İmamlar (ə) o qədər sadə insanlar idi ki, onları adi insanlardan fərqləndirmək olmurdu. Bir gün İmam Rza (ə) hamama gedir və orada bir nəfər ondan xahiş edir ki, onun üçün su töksün. İmam (ə) da gülər üzlə bu işi böynuna götürür və həmin şəxs üçün su tökür. Bu zaman İmamı (ə) tanıyan bir şəxs hamama daxil olur və bu mənzərəni görən zaman həmin şəxsi danlamağa başlayır.

Ona deyir: “Özünü məhv etmisən! Necə qıymısan ki, Peyğəmbər (s) övladını özünə xidmətçi tutasan?”. Bu sözlərdən qorxan həmin şəxs, peşman halda dedi: “Ey Peyğəmbər (s) övladı! Nə üçün mən sizə əmr verilən tonla müraciət etdim, siz bu işi görməkdən imtina etmədiniz?”.

İmam (ə) buyurur: “Bu işin savabı vardır və mən də savabı olan işdə sənə itaətsizlik etmək istəmədim”.

İmam Sadiq (ə) buyurur: “Ən üstün əmir o kəsdir ki, ona üç sifət verilmiş olar: mehribanlıq, səxavət və ədalətlilik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png