DİN -də növbəti kadr DƏYŞİKLİYİ

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

ONN media xəbər verir ki, bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsindən azad edilib.

O, Yevlax rayon Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov vəzifəsindən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.