ONN İnformasiya Agentliyi

Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi?

Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi?
24 Yanvar 2020 - 2:50

Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi? Bəziləri bunu bidət sayır, bu, həqiqətən, bidətdir?

Ad günü keçirib-keçirməmək insanın özünə aid olan bir məsələdir. Burada dini əhəmiyyət daşıyan heç nə yoxdur. Bidət elə məsələlərdə olur ki, ona dini rəng geyindirilsin. Halal bilinməyən bir işi din pərdəsi altında halal saysınlar və ya əksinə, haram edilməmiş bir əməli dini qadağan kimi təqdim etsinlər. Ad gününü keçirmək məişət məsələsidir və bunu dinlə bağlamaq səhvdir.

ONN media islam.az-a istinadən bildirir ki, amma ad gününün keçirilməsi zamanı dini göstərişlərə əməl etmək və həddi keçməmək vacibdir. Ad günü süfrəsində israfa yol vermək, şəriətə zidd olan əyləncələrdən istifadə etmək, haram musiqi dinləmək və rəqs etmək, qadınlarla kişilərin haram ünsiyyətdə olması və s. günahdır və yolverilməzdir. Bu hədləri gözləmək şərti ilə hər kəsin özü üçün ad keçirməsi icazəlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png