ONN İnformasiya Agentliyi

Duanın yerinə yetməsinə mane olan 8 amil

Duanın yerinə yetməsinə mane olan 8 amil
28 İyul 2019 - 1:50

Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək əvvəlcədən duasına mane olan amilləri aradan qaldıra bilsin. Bu amillər ilə tanış olaq:

1. Günah. Günah insana 3 cür təsir qoyar:

a) Dua etmək tövfiqini aradan aparar.

b) İnsanın qəlbini qəsavət bağladığı üçün, Allaha diqqət etməz və ağlaya bilməz. Başqa sözlə desək, qəlb hüzuru əldə edə bilməz.

c) Duası yerinə yetməz. İmam Əli (ə) buyurur: “Günah, duanın yerinə yetməsini aradan aparar”. Ona görə də “Kumeyl” duasında oxuyuruq: “Allahım, dualarımın yerinə yetməsinə mane olan günahlarımı bağışla!”.

2. Xoş günlərdə dua etməyi tərk etmək. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Həzrət Davuda (ə) vəhy edir: “Məni xoş və əmin-amanlıq günlərində yada sal ki, Mən də sənin çətin və giriftar əyyamındakı dualarını qəbul edəm”.

3. Valideynə itaətsizlik etmək.

4. Namazları əvvəl vaxtda qılmamaq.

5. Söyüşə adət etmək.

6. Mömin insanlara qarşı sui-zənn etmək və pis niyyətli olmaq.

7. Mömin bacı və ya qardaşlarla ikiüzlü rəftar etmək.

8. Zəif insanlara rəhm etməmək.

İnsan gərək özünü hesaba çəksin, bu xüsusiyyətləri özündə aşkar etməyə çalışsın və islah etmək üçün hərəkətə keçsin.(milli.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png