ONN İnformasiya Agentliyi

Düzgün təvəkkül etmək necə olur?

Düzgün təvəkkül etmək necə olur?
10 İyun 2020 - 3:20

Hansı işi görmək istəyirsinizsə, əvvəlcə Allaha təvəkkül edin. Heç kəs sənə Onun kimi yardım edə bilməz, nə qohumların, nə ailən. Əgər bir yerdə ilişib qalsan, sənin yardımına Uca Allah gələr.

Təvəkkül – bir mömin üçün İlahi təzminatdır. Qurani-Kərim möminlərə buyurur ki, haqq yolunu getməkdən qorxmayın və Allaha təvəkkül edin. Batil qüvvələrdən qorxmayın, Allaha təvəkkül edin. “Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər”. (“İbrahim” 12).

Uca Allah başqa ayədə buyurur: “Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).

İslam dini insanın evdə oturub əlini-əlinin üzərinə qoymağı sevmir. Buyurur ki, əgər müvəffəq olmaq istəyirsənsə, öz işini gör və Allaha təvəkkül et. “Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman, Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər”. (“Maidə” 11).

Allaha təvəkkül etmək – imanlı insanın həyat proqramı olmalıdır. Allaha təvəkkül deyildikdə, yəni, dünya və ya axirət mövzularında davamlı olaraq səy göstərmək və Allaha təvəkkül etmək nəzərdə tutulur. İmanlı insan hər bir işinin nəticəsini Böyük Allahın öhdəsinə qoyar.

“Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər”. (“Təlaq” 2-3).

Allaha təvəkkül etmək – əslində Allaha etimad etməkdir. Hər kim Allaha etimad edər, Allah necə onun yardımına gəlməsin ki?!

Allah elə qüdrət sahibidir ki, heç bir qüdrət onun qarşısında dayana bilməz. O, müdrikdir və işlərini hikmət üzərindən görər. Heç bir işi hikmətsiz yerinə yetirməz. Ona görə də bu Hikmət Sahibinə təvəkkül edək və işlərimizi Allaha tapşıraq. O, heç bir çətinlikdə bizi tək qoymayacaqdır.

Allah Təbarəkə və Təala bizləri təvəkkül edənlərdən qərar versin!(milli.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png