ONN İnformasiya Agentliyi

İslamda insana belə abidə qoyulması qadağandır

İslamda  insana belə abidə qoyulması qadağandır
28 İyun 2019 - 11:07
Mahaçqala meri Salman Dadayev Qafqazın dünya şöhrətli qəhrəmanı Şeyx Şamilə həsr olunmuş  postamentin bərpasından sonra açılışını edib.
ONN media xəbər verir ki,  abidənin bərpası bu siyasi və dini xadimin  222 illiyinə həsr edilib.  Son illərdə xarab olan abidə prospektin başında yerləşir. Onun bərpası  bir neçə gün sürüb.
Açılış mərasimində çıxış edən şəhər rəhbəri  İmam Şamilin tarixə böyük töhfələr verdiyini bildirib.
“Şamil yalnız dini lider deyil, eyni zamanda, Dağıstan və Çeçenistan ərazisində heç bir analoqu olmayan hərbi teokratik  dövlət sistemi –imamət yaratmış  böyük şəxsiyyətdir”, – deyə Dadaev vurğulayıb.
Merin sözlərinə görə, bu il  Mahaçqalanın Şamil prospektində müxtəlif layihələrin həyata keçirilməsi üçün büdcədən 18 milyon rubl ayrılacaq. Bundan başqa, təxminən 3 milyard rubla  prospektin tam yenidən qurulması nəzərdə tutulur.
S.Dadaev İmam Şamilin at üstündə heykəlinin qoyulması təklifinə mənfi cavab verərək deyib:
“İslamda  insana belə abidə, heykəl qoyulması  qadağan edilir və mən bu günahı üzərimə  götürə bilmərəm…”
P.S. Doğrudan da, müsəlmanlıqda insana heykəl qoyulması haram sayılır və bu, bütpərəstlik nümunəsi kimi qəbul edilir. Peyğəmbərimizin(s) əsas missiyalarından biri Məkkədə bütləri məhv etmək olub…moderator.az
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png