ONN İnformasiya Agentliyi

Kimlər məsumdur və 14 məsum kimlərə deyilir?

Kimlər məsumdur və 14 məsum kimlərə deyilir?
08 Sentyabr 2020 - 2:07

Adi insanların heç biri günah və səhvdən uzaq deyil. Ona görə də Allah-Təala insanlar üçün tövbə imkanı yaratmışdır. Lakin Allahın dini vəzifə ilə yüklədiyi şəxslər – yəni peyğəmbərlər və imamlar hər cür günahdan və səhvdən uzaqdırlar. Bu xüsusiyyətə dini terminlə “ismət” deyirlər və günahsız olan bu şəxslər “məsum” adlanırlar. “14 məsum” termini şiə məzhəbinə aiddir. Şiə inancına görə, Həzrət Mühəmməd Peyğəmbər (s), onun qızı Həzrət Fatimeyi-Zəhra (ə), əmisi oğlu və kürəkəni Həzrət Əli (ə), onun oğulları Həzrət Həsənlə (ə) Hüseyn (ə) və Həzrət Hüseynin (ə) nəslindən gələn 9 imam birlikdə 14 məsum sayılır. Bu şəxsləri hər cür günah və səhvdən uzaq bilmək, onlara ehtiram göstərmək, onlara münasibətdə heç bir aşağılayıcı, təhqirli ifadə və hərəkətə yol verməmək şiə məzhəbinin vacib tələbləridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png