ONN İnformasiya Agentliyi

Məkkədən yeni dönmüş 6 hacı cərimələnə bilər- SƏBƏB?

Məkkədən yeni dönmüş 6 hacı cərimələnə bilər- SƏBƏB?
30 Avqust 2019 - 11:28

Səudiyyə Ərəbistanından Həcc ziyarətindən qayıtmış 6 tacik zəvvar cərimə edilə bilər. 
ONN media xəbər verir ki, bu barədə Tacikistan mediası ölkənin Dini Komitəsinin mətbuat katibi Afşin Mukimə istinadla məlumat yayıb.
Həcc ziyarətindən dönmüş taciklər üçün inzibati cəza “Ənənə, şənlik və mərasimlərin tənzimlənməsi haqqında” qanunun Həcc ziyarəti ilə bağlı bəzi tədbirlərin təşkil edilməsini qadağan edən “Xocitalbon” və “Xocioşi” maddələrini pozmaları ilə əsaslandırılır.  
Komitə nümayəndəsi qeyd edib ki, sözügedən qanun pozuntuları komitə üzvləri tərəfindən keçirilən xüsusi reydlər zamanı aşkarlanıb: 
“Qanun pozuntuları ilə bağlı protokollar məhkəmələrə göndərilib və biz onların qərarını gözləyirik.”
Xatırladaq ki, yuxarıda göstərilən qanun zəvvarlara yola salınma və ya qarşılanma mərasimlərini yalnız ailə çərçivəsində keçirməyə imkan verir. 
Dini Komitə rəsmisi onu da vurğulayıb ki, bəhs edilən müddəalar Məkkə və Mədinədə geri dönən bütün tacik zəvvarlara izah edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png