ONN İnformasiya Agentliyi

Məscidlərdə namaz hansı qaydalarla qılınacaq?

Məscidlərdə namaz hansı qaydalarla qılınacaq?
26 May 2021 - 11:35

Məscidlərdə namaz karantin qaydalarının şərtlərtinə uyğun olaraq qılınacaq.

ONN media bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

H.Şahin bildirib ki, ibadət yerlərinin açılması barədə Operativ Qərargahın qərarı dindar insanlar tərəfindən böyük rəğbətlə qarşılanır:

“Təbii ki, bu ibadətlər müəyyən qaydalar çərçivəsində icra olunacaq. İbadət edən insanların sayı ilə bağlı heç bir məhdudiyyət tətbiq edilmir, amma məscidlərdə ara məsafəsi təbii ki, gözləniləcək, tibbi maskalardan istifadə olunacaq.

Yəni karantin qaydalarına riayət olunacaq və bu məsələyə də məscidlərin icmaları nəzarət edəcək. Hesab edirəm ki, bütün məscidlərin icmaları həmin məsələləri tənzimləmək iqtidarındadır”.

Qeyd edək ki, iyunun 10-dan Azərbaycanda ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png