Nəfsin islah edilməsi vacibdirmi?

(Ayətullah Safi Gülpayiqaninin əxlaq dərslərindən)

Nəfsin islah olması vacibdir. Belə ki, Qurani-Kərim bu haqda buyurur: “Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!”. (“Şəms” 9).

Nəfsi islah etmək və paklamaq, ruha səfa vermək, qəlbi cilalamaq – İslam dininin ibadi, əxlaqi və etiqadi proqramlarındandır. İnsan gərək batininin səfalı olması, qəlbin pasının aradan aparılması, nəfsinin islah olunması yolunda səy göstərsin.

İslam dininin ali təlimləri buyurur ki, insan nəfsini islah etməli və onu təkmilləşdirməlidir. Həm islah etməyin və həm nəfsi təkmilləşdirmənin faydaları çoxdur.

Rəhmətlik İmam (r) bu haqda buyurur: “İslam dininin nəzərinə görə, nəfsin islah edilməsi – başqa əxlaqi məfhumların bünövrəsidir. Çünki insanı inkişaf etdirər, səadət və xoşbəxtliyə çatdırar. Peyğəmbərlərin (ə) və İmamların (ə) yer üzərinə göndərilməsinin əsas səbəblərindən biri budur ki, insanlara nəfsi islah etməyin yollarını öyrətsinlər. Bu səbəbdən Peyğəmbər (s) öz həyatı boyunca çalışırdı ki, insanları nəfslərini islah etmək yolu ilə kamala və səadətə çatdırsın.

Peyğəmbərdən (s) sonra İmamlar (ə) bu vəzifəni öhdələrinə götürdülər.

Bu, elə məsuliyyətdir ki, əxlaq alimləri Məsumlardan (ə) sonra onu boyunlarına götürmüşdülər”.

Beləliklə, deyə bilərik ki, əgər insan kamala çatmaq istəyirsə, gərək nəfsini islah etsin. İnsan məhz əmmarə nəfsinə qalib gələrək irəli gedə bilər və səadətə çatar. Ona görə də nəfsin islah edilməsi – bir müsəlman üçün vacib əməllərdəndir.(milli.az)