ONN İnformasiya Agentliyi

Nəsuh tövbəsi – xalis, səmimi qəlbdən edilən tövbədir

Nəsuh tövbəsi – xalis, səmimi qəlbdən edilən tövbədir
02 İyul 2021 - 3:07

“Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: “Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!”. (“Təhrim” 8).

Nəsuh tövbəsi dedikdə, xalis tövbə nəzərdə tutulur. Nəsuh tövbəsinin təfsirində deyirlir ki, nəsuh tövbəsi – peşmançılıq, istiğfar, günahı tərk etmək, gələcəkdə tərk etməyi qərara almaq, günahı qarşısında görmək, xəcalətli olmaq, ağlamaq, az danışmaq, az yemək, az yatmaq, insanların haqqını qaytarmaqdır və bu kimi. (Erfan)

Əgər məğrur olub, desək ki, bizim tövbəmiz yüz faiz qəbul olacaqdır, bu zaman onu təkrarlamaq yolunu üzümüzə bağlamış olarıq. Qurani-Kərim buyurur: “Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).

Dünyada və axirətdə peyğəmbər (ə) və möminlər əzizdirlər. Dünyada “İzzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”. (“Munafiqun” 8). Mömin də bəzən günah işlədir və onu tez aradan qaldırmaq üçün xalis tövbə edir. Əgər tövbə edərsə, dünya neməti kimi, axirət nemətinə də malik olur.

Axirətdə isə “Sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin”. (“Təhrim” 8).

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

1. Əvvəlki ayədə cəhənnəm atəşindən xilas olmağa göstəriş verildiyi kimi, bu ayədə də onun yollarından birinin həqiqi tövbə olduğu bəyan olunur.

2. Bəzən mömin günah edir ki, gərək ondan sonra tövbə etsin.

3. Tövbə gərək Allah dərgahında olsun, nəinki bəndələrin yanında.

4. Möminin vəzifələrindən biri tövbə etməkdir.

5. Tövbə gərək xalis və sadiq olsun.

6. Tövbənin xüsusi zaman və məkanı yoxdur.

7. Pisliklərin behiştdə yeri yoxdur. Əvvəl pak olmaq lazımdır.

8. Tövbənin iki nəticəsi vardır: keçmişi məhv etmək və gələcəyi təmin etmək.

9. Peyğəmbərə (s) iman gətirmək kifayət deyildir. Həzrətin (s) ardıcılı olmaq lazımlıdır.

10. Dünyanın saleh əməli Qiyamətdə nur şəklində zahir olar.

11. O kəslər ki, dünyada nur ardıncadırlar, axirətdə də nura qərqdirlər.

12. Qiyamətdə də təkamül vardır, möminlər o gündə öz nurlarının təkmilləşməsi ardınca olarlar.

13. Həqiqi möminlər pisliklərinin azaldılması fikrindədirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png