ONN İnformasiya Agentliyi

Polis əməkdaşlarının çevikliyi sayəsində…

Polis əməkdaşlarının çevikliyi sayəsində…
06 İyun 2018 - 12:14

DİN -dən ONN media -ya verilən məlumata görə, iyunun 5-də Keşlə dəmir yolu stansiyasının ərazisində yerləşən şirkətlərdən birinin anbarında təmizlik işləri aparan fəhlələrin oradan içərisində naməlum predmetlər olan qutu aşkar etmələri barədə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin predmetlərin tüstü qumbarası olduğu müəyyən edilib. Bu barədə aidiyyatı üzrə FHN-ə və ANAMA-ya (Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) məlumat verilib.

Aparılan birgə təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış 21 ədəd tüstü qumbarası (RDQ2-Ç) zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Keşlə Xətt Polis Bölməsində araşdırma aparılır.

***

İyunun 5-də isə Lənkəran Xətt Polis Məntəqəsinin əməkdaşları rayon dəmir yolu stansiyasının ərazisindəki metal qəbulu məntəqəsində qalaqlanmış rels altlıqları aşkar ediblər. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin rels altlıqlarını məntəqəyə rayon sakini Atakişi Həsənzadənin satdığı müəyyən edilib. Metal qəbulu məntəqəsindən ümumilikdə 277 ədəd rels altlığı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png