ONN İnformasiya Agentliyi

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı
08 Aprel 2022 - 22:37

Sabah Ramazan ayının səkkizinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 9-da imsak vaxtı saat 04:44-də, iftar vaxtı isə 19:27-dədir. 

Aprelin 9-u üçün namaz vaxtları: 

Sübh azanı 04:49
Zöhr azanı 12:42
Əsr azanı 17:19
Məğrib azanı 19:27
İşa azanı 20:31

Səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

Səkkizinci günün iftar vaxtı üçün duanı təqdim edirik:

“İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqü şəxslərin arzusunun müntəhası!”

Allah orucunuzu qəbul eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png