ONN İnformasiya Agentliyi

Salamlaşmağın bir qaydası varmı? Varsa necə olmalıdır?

Salamlaşmağın bir qaydası varmı? Varsa necə olmalıdır?
28 Sentyabr 2020 - 3:53

Əslində ərəbcədən dilimizə keçmiş olan “salam”[1], “salam aleykum”[2], “mərhaba”[3] və ya öz dilimizdə “günaydın”, “xoş gördük”, “sabahınız və ya axşamınız xeyir” kimi kəlimələrin hamısı “sağlık ve xoş dilək” anlamlarına gəlir. Yəni, əsas olan, bir insanın görüşdüyü zaman hansı dildə hansı kəlimələri işlədir-işlətsin, başqa biri ilə qarşılaşdığı zaman qarşıdakına xoş təəssüratlar, xoş sözlər sərf etməsidir. Eyni zamanda özünə bu şəkildə davranan, görüşən biri ilə də eyni şəkildə və ya daha yaxşısı ilə müqabilə etməsidir. Bunu Qurani Kərimdə ifadə edilən bu ayədən də görməkdəyik:

“Sizi hər hansı bir şəkildə sağlıq və xoş diləklə qarşılayan birinə, siz daha yaxşısıyla və ya eynisi ilə qarşılıq verin. Allah hər şeyin hesabını görür.” (Nisə 4/86)

Ayədə yuxarıdakı görüşmə şəkillərindən hər hansı biri ilə gələn birinə din, irq fərqinə getmədən daha yaxşısı ilə qarşılıq verməyimiz istəniləməkdədir.

Peyğəmbərimizdən salamla əlaqəli çox sayıda hədis nəql edilməkdədir. Bunlardan təkcə ikisini təqdim etmək istəyirik:

Nəbimizə soruşurlar: “İslamın hansı xüsusiyyəti daha xeyirlidir? Nəbimiz: Yemək yedirməyin, tanıdığın və tanımadığın hər kəsə salam verməyin” deyə cavab vermişdir. (Buxari, “İman” 20; Müslüm, “İman” 63.)

Bir başqa hədisində: “”Allaha and olsun ki; siz, iman etmədikcə cənnətə girə bilməzsiz, bir birinizi sevmədikcə də həqiqi iman etmiş olmazsız. Sizə bir-birinizi sevdirəcək şeyi xəbər verimmi? Aranızda salamı yayın!” (Buxari, “Ədəb” 96; Müslim, “Birr” 165).

[1] Bax: Hud 11/69.

[2] Bax: Qasas 28/55.

[3] Bax: Sad 38/59.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png