Türkiyə məscidlərində Ordumuz üçün dualar edilir

Cəbhə xəttində döyüşlər başlayandan hər zaman Azərbaycanın yanında olduğunu deyən qardaş Türkiyədə sadə insanlar da xalqımıza dəstəyini nümayiş etdirirlər.

ONN media xəbər verir ki, bu gün Türkiyə məscidlərində inanclı insanlar ordumuz üçün dualar ediblər.

Həmçinin şəhidlərimizin ruhu üçün də dualar oxunur.