ONN İnformasiya Agentliyi

Zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub

Zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub
12 Fevral 2018 - 11:43

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub.

ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda Həccə 600 zəvvar gedə biləcək.

Bu, indiyə qədər Azərbaycandan Həcc ziyarəti üçün ayrılan ən az kvotadır.

Buna qədər ən az yer ötən il ayrılmışdı.

2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi.

Bu il üçün Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu gündən başlayıb.

Yalnız bir variantda təşkil olunan səfərin qiyməti 4150 ABŞ dollarıdır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png