ONN İnformasiya Agentliyi

Zəvvarlara şad xəbər

Zəvvarlara şad xəbər
02 Fevral 2019 - 20:56

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ümrə ziyarətinə gedən zəvvarlara kömək məqsədi ilə elektron portalda yeni qaydalar tətbiq edib.

ONN media xəbər verir ki, Ümrə ziyarətini arzulayanlar dünyanın hər bir tərəfindən elektron portal vasitəsilə xidmətlər paketini ehtiyatda saxlamaq məqsədilə sorğu göndərə və elektron viza əldə edə bilərlər. Bu addım nazirliyin rəqəmsal transformasiyaya strateji yanaşma və zəvvarların qəbulu prosedurlarının asanlaşdırılmasından ötrü rəqəmsal platformanın yaradılması çərçivəsində atılıb. Ölkəyə gəlmək və Ümrə ziyarətində olmaq istəyənlər xidmətlər paketi və qiymətlərlə bilavasitə ziyarəti “Makam” portalının köməyi ilə təşkil edən şirkət vasitəsilə tanış ola bilərlər.

Həcc və Ümrə nazirinin müavini Əbdül Fəttah bin Süleyman Maşat bildirib ki, “Makam” portalının istifadəyə verilməsi nazirliyin ildə 30 milyon zəvvarın Ümrə ziyarətini yerinə yetirməsini nəzərdə tutan “Baxış-2030” məqsədlərinin icrası istiqamətində səylər çərçivəsində həyata keçirilib.

Həcc ziyarəti arzusunda olan müxtəlif ölkə vətəndaşları portala bu link vasitəsilə daxil ola bilərlər: https://eservices.haj.gov.sa/eservices3/pages/home.xhtml?dswid=2981.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png