Əfqanıstanda məsciddə partlayış baş verib

Əfqanıstanın şərqindəki Nəngərhar vilayətindəki məsciddə partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə cümə namazı zamanı baş verib.

Nəngərhar vilayət başçısının nümayəndəsi Ataulla Hogiyani partlayış olduğunu təsdiqləyib. Partlayış zamanı ölən şəxs məscidin imamı olub.

Hələlik terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

ONNmedia