Əfqanıstanda matəm elan olunub

Əfqanıstan hökuməti Kabildə törədilmiş terror aktında çoxsaylı tələfatla əlaqədar bu gün milli matəm elan edib.

ONN media xəbər verir ki, bu barədə "1TV" telekanalın məlumat yayıb. Eyni zamanda bazar ertəsi Kabil sakinləri üçün istirahət günü elan edilib.

Qeyd edək ki, şənbə günü Kabildə diplomatik korpusların olduğu Vəzir-Əkbər-Xan məhəlləsində partlayış törədilib. Partlayış nəticəsində 95 nəfər ölüb, 191 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "Taliban" Hərəkatı öz üzərinə götürüb.