Əfqanıstanda terror – Ölən və yaralananlar var

Əfqanıstanın cənubundakı Gilmənd əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 2 nəfər ölüb, ən azı 31 nəfər xəsarət alıb.

ONNmedia xəbər verir ki, partlayış polis karvanına qarşı törədilib. Hələlik insidentə görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma üzərinə götürməyib.