Əks hücum əməliyyatı başlayır?- ŞOK İDDİA

Xankəndidəki separatçı rejimdə “daxili siyasi” böhran dərinləşir. Son zamanlar Qarabağ və hətta Ermənistanda müxtəlif dairələrin hədəfində olan separatçıların lideri Araik Arutyunyan əks-hücum əməliyyatına başlayır. Arutyunyan daha dözə bilmir. O, rəqiblərinin əsl motivlərini açaraq, anti-təbliğatın səbəbini üzə çıxarmağa çalışır.

ONN media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Xankəndidəki “milli təhlükəsizlik xidməti” sosial şəbəkələrdə saxta səhifələrdən dezinformasiya yayan məmurların olduğu barədə xəbərdarlıq yayıb. “Artur Baghdasarya” ləqəbi ilə vaxtaşırı məmurlar tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı bəyanatlar yayan səhifə saxtadır. Bəzi məlumatlara görə, bu məmur “təhlükəsizlik şurasının” əməkdaşı, “idarə rəhbərlərindən” biridir. Bildiyiniz kimi, bu yaxınlara qədər “təhlükəsizlik şurasına” hazırda “prezidentin müşaviri” təyin olunan Vitali Balasanyan rəhbərlik edirdi. Bu isə o deməkdir ki, ifşa olunmuş məmurun Vitali Balasanyanla əlaqəsi ola bilər”, – məlumatda deyilir