Əl Qaidənin lideri məhv edildi

Əfqanıstanın Gilmend vilayətində Əl Qaidə terror təşkilatının Hind subkontinenti üzrə rəhbəri Asım Ömər məhv edilib.

ONN media xəbər verir ki, bu məlumatı Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi yayıb.

Ömərin Əl Qaidənin təlim düşərgəsinə aviazərbə zamanı öldürüldüyü vurğulanıb.

Ömərlə bərabər daha 7 terrorçu məhv edilib.