Ərdoğan 5 aydır qolundan bu saatı çıxarmır – SİRRİ AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 aydır qolundan çıxarmadığı saatın sirri çözüldü.

ONN media xəbər verir ki,  Ərdoğanın saatında rəqəmlər 15 iyul loqosu ilə əvəzlənir. Düz 5 aydır ki, prezident bu saatı qolundan çıxarmır. Saat, Ərdoğan üçün xüsusi hazırlanıb.

Saat İsveçrə mənşəlidir, lakin Cənubi Koreyada hazırlanıb və qiyməti bahalı deyil.

Saatın üstündə Ərdoğanın fotosu var. İçində qırmızı işarədə ay ulduz göstərilir və rəqəmlərin yerinə 15 iyul sözü var.

Jurnalist Murat Çelik bununla bağlı Ərdoğanı danışdırıb.

O, Ərdoğana eyni qol saatını uzun müddətdir xarici ölkə səfərlərindən qolunuzda görürəm sualını verib.

Prezident isə ona belə cavab verib: 

Ərdoğan "Bəli," bu saat mənim üçün xüsusi önəm daşıyır və içində 15 iyul günü qeyd edilib: "Mən bəzi qonaqlarıma, mesaj dostlarıma bu saatdan hədiyə etdim. Bütün prezidentlərdə belə saat var. Amma bunun digər saatlardan tək fərqi "15 iyul” loqosudur.

Saatı qolundan çıxarıb saatı jurnalistə göstərib.

Saatın üsttündə imzası, altında "Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti” qeyd edilib/unikal.org.