ONN İnformasiya Agentliyi

Ərdoğan Afrin əməliyyatının səbəbini açıqladı

Ərdoğan Afrin əməliyyatının səbəbini açıqladı
28 Yanvar 2018 - 18:39

Avropada bəziləri Türkiyə ordusuna işğal ordusu deyir. Tarixinizə baxın, tarixiniz Afrikanın, digər bölgələrin işğalı, sömürülməsi ilə doludur.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə bildirib.

R.T.Ərdoğan Almaniyada polislərin gözü qarşısında PKK terror təşkilatının üzvlərinin məscidlərə hücum çəkdiyini söyləyib: "Ancaq biz bu ölkədə heç bir terrorçuya sığınacaq vermədik. O terrorçuları ya ölkələrinə göndərdik, ya da həbs etdik. Onlara kimin işğalçı, kimin qonaqpərvər olduğunu göstərəcəyik. Biz Afrinə niyə girmişik? Məqsədimiz Afrini işğal etmək deyil. Hazırda 3 milyon suriyalı Türkiyədə qonağımızdır. Bu suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçirir, o torpaqları PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edirik. Biz "Fərat qalxanı" əməliyyatı ilə Suriyada 2 min kv.km ərazini İŞİD terrorçularından azad etdik, 100 mindən çox suriyalı o torpaqlara qayıtdı. Qalan suriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir".

Qeyd edək ki, yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png